Futbol üzrə İtaliya A Seriyasında 16-cı turun oyunları keçirilir. Matc.az xəbər verir ki, turun əksər qarşılaşmaları bazar gününə təsadüf edib.

"Yuventus" bu turda "Udineze" ilə qarşılaşıb və qələbə qazanıb. "Roma" da SPAL-ı məğlub yola salıb. "Milan" isə "Sassuolo"nu sınağa çəkib və bu oyunda xal itkisi ilə üzləşib. 

Turun maraqla gözlənilən qarşılaşmasında lider "İnter" səfərdə "Fiorentina"nın qonağı olıb. Milanlılar bu görüşdə qələbəni son anda əldən veriblər.

İtaliya A Seriyası
16-cı tur

14 dekabr

Breşiya – Leççe 3:0
Qol: çanselyor, 32. Torreqrossa, 44. Spalek, 61.

Napoli – Parma 1:2
Qol: Milik, 64 – Kuluşevski, 4. Jervinyo, 90+3.

Cenoa – Sampdoriya 0:1
Qol: Qabbyadini, 85.

15 dekabr

Verona – Torino 3:3
Qol: Patsini, 69-pen. Verre, 76. Stepinski, 84 – Ansaldi, 36; 61. Berenquer, 55.

Milan – Sassuolo 0:0

Bolonya – Atalanta 2:1
Qol: Palasio, 12. Poli, 53 – Malinovski, 60.

Yuventus – Udineze 3:1
Qol: Ronaldo, 9; 37. Bonuççi, 45 – Pussetto, 90+4.

Roma – SPAL 3:1
Qol: Pelleqrini, 53. Perotti, 66-pen. Mxitaryan, 83 – Petanya, 44-pen.

Fiorentina – İnter 1:1
Qol: Vlahoviç, 90+2 – Valero, 8.

16 dekabr

23:45 Kalyari -Latsio

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest