İngiltərə Premyer Liqasının XVII turunda "Vulverhempton"la (2:1) keçirilən oyun "Tottenhem"in yarımmüdafiəçisi Dele Alli üçün əlamətdar olub. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, futbolçu yubiley matçına çıxıb.

Bu, İngiltərə millisinin üzvünün londonlularda 200-cü oyunu olub. Maraqlıdı ki, Alli bu həddə cəmi 23 yaşında çatıb. O, 2015-ci ildən Premyer Liqa klubunun formasını geyinir.

Qeyd edək ki, Dele Alli bu mövsüm 16 oyunda iştirak edib, 6 qol, 4 assistə imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest