"River Pleyt"in yarımmüdafiəçisi Ezekyel Palasios karyerasını Almaniyada davam etdirəcək. Matc.az saytının "Kicker"ə istinadən məlumatına görə, gənc futbolçu "Bayer"lə anlaşıb.

Klublar arasında danışıqlar artıq müsbət yekunlaşıb. Bu keçidin yanvarda reallaşması gözlənilir. 21 yaşlı oyunçunun transferi leverkuzenlilərə 22 milyon avroya başa gələcək. Palasiosun yeni komandası ilə müqavilə müddəti 2025-ci ilin yayına qədər olacaq. Hazırda yalnız tibbi müayinədən keçmək və sözləşməyə qol çəkmək qalıb.

Qeyd edək ki, Ezekyel Palasios "Real"ın da maraq dairəsində olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest