PSJ-nin hücumçusu Kilian Mbappe xəyalındakı futbolçunu açıqlayıb. Matç.az saytının xarici mətbuata istinadən məlumatına görə, Fransa millisinin üzvü bunun üçün 4 oyunçuya ehtiyac duyulduğunu söyləyib.

Gənc forvarda görə, ideal futbolçu belə olmalıdı: "Bunun üçün Lionel Messinin sol, Neymarın sağ ayağına ehtiyac var. Həmçinin Kriştianu Ronaldonun düşüncəsi və Canluici Buffonun klası vacibdi. Mbappenin hansı hissəsi lazımdı? Məncə, buna ehtiyac yoxdu, hər şey yaxşıdı".

Qeyd edək ki, bu il dünya çempionu olan Kilian Mbappe cari mövsüm keçirdiyi 9 oyunda 11 qol, 7 məhsuldar ötürmə ilə yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest