Transfer qadağası ləğv edilən "çelsi" qış fasiləsində heyətini gücləndirəcək. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, klub rəhbərliyi bununla bağlı baş məşqçi Frenk Lempardın istəklərini yerinə yetirməyə çalışacaq.

Belə ki, londonlular qışda alınacaq oyunçular üçün 180 milyon avroluq büdcə ayırıb. Gənc mütəxəssis, xüsusən də, hücum xəttinin gücləndirilməsini istəyir. Onun siyahısında "Leypsiq"in hücumçusu Timo Verner, "Lion"un forvardı Musa Dembele və Dortmund "Borussiya"sının yarımmüdafiəçisi Ceydon Sançonun adı var.

Qeyd edək ki, Premyer Liqada 17 turdan sonra aktivində 29 xal olan "çelsi" turnir cədvəlinin 4-cü pilləsində qərarlaşır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest