Dünyanın ən güclü 1000 məşqçisinin növbəti reytinq siyahısı açıqlanıb. Matc.az xəbər verir ki, siyahıda Azərbaycanda fəaliyyət göstərən iki məşqçi yer alır.

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun mövqeyində dəyişiklik olub. Siyahıdakı yeganə azərbaycanlı mütəxəssis reytinqdə irəliləyişə nail olub. Belə ki, ötən bir həftə ərzində aktivinə daha 37 xal əlavə edən Qurbanov 13 pillə irəliləyərək, 577-ci sıraya yüksəlib. Hazırda "Qarabağ"ın çalışdırıcısının aktivində 1054 xal var.

"Neftçi"nin baş məşqçisi Roberto Bordində isə geriləmə müşahidə edilib. İtaliyalı mütəxəssis son siyahı ilə müqayisədə 5 addım geri "atıb". Bordin hazırda 818 xalla 676-cı sırada qərarlaşır.

İlk "üçlük"də dəyişiklik olmayıb. "Barselona"nın baş məşqçisi Ernesto Valverde 16115 xalla siyahıya başçılıq edir. Onu "Liverpul"un çalışdırıcısı Yurgen Klopp izləyir. Almaniyalının aktivində 14434 xal var. İlk "üçlüy"ü "River Pleyt"in çalışdırıcısı Marselo Qalyardo qapayır (12783 xal).

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest