Sabah keçiriləcək "Barselona" – "Real" oyunundan əvvəl yerli azarkeşlər aksiya keçirməyi planlaşdırırlar. Matc.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.

Xəbərdə, 25 min azarkeşin artıq planla razılaşdığı və matçdan əvvəl "Nou Kamp"ın ətrafında etiraz aksiyasına başlayacağı bildirilir. Etirazın İspaniya hökumətinə qarşı olacağı gözlənilir. Qarşılaşma zamanı təhlükəsizlik tədbirləri artırılacaq və 3 min mühafizə əməkdaşı xidmət göstərəcək.

Qeyd edək ki, "Barselona" – "Real" matçı saat 23:00-da start götürəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest