"Mançester Siti"nin zədəli futbolçusu Serxio Aquero fərdi məşqlərə başlayıb. Matc.az xəbər verir ki, bu barədə "şəhərlilər"in mətbuat xidməti məlumat yayıb.
 
Əzələ problemləri səbəbindən "Mançester Siti"nin son 6 oyununda iştirak etməyən 31 yaşlı hücumçunun yaxın zamanda yaşıl meydanlara qayıdacağı gözlənilir.
 
Bu mövsüm Premyer Liqada 12 oyuna çıxan Aquero 9 qolla yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest