İtaliyada irqçiliyə qarşı kampaniya başladılıb. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, xüsusən də, A seriyasında artan xoşagəlməz hallara etiraz olaraq üzərində meymun şəkli olan afişalar asılıb.

Bu isə tənqidlərə səbəb olub. Əsasən də, A seriyası təmsilçiləri təşkilatçıların etirazlarını yanlış şəkildə bildirdiklərini düşünürlər. "Roma" və "Milan" klubu məsələ ilə bağlı bəyanat yayaraq, təşkilatçıları qınayıb, meymun şəklinin seçilməsinin doğru olmadığını vurğulayıblar.

Qeyd edək ki, son vaxtlar İtaliya çempionatı matçlarında azarkeşlər futbolçulara qarşı irqçi hərəkətlərə yol verməklə diqqət çəkir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest