Futbol üzrə Ukrayna kubokunda 1/4 final mərhələsinin püşkü atılıb. Matc.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Pavel Paşayevin formasını geyindiyi "Aleksandriya" klubunun da rəqibi müəyyənləşib. 
 
Pavelin komandasının bu mərhələdəki rəqibi Kiyev "Dinamo"su olub.
 
1/4 final mərhələsinin görüşləri gələn il, martın 3-də keçiriləcək.
 
Ukrayna kuboku
1/4 final mərhələsi
 
Dinamo (Kiyev) – Aleksandriya
Minay – İnquleç
Alyans – Mariupol
Desna – Vorskla

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest