Almaniyanın "Şalke" klubunun futbolçusu cəzalandırılıb. Matc.az xəbər verir ki, Bundesliqanın 15-ci turunun "Ayntraxt"la matçında qırmızı vərəqə alan Aleksandr Nubel 4 oyunluq diskvalifikasiya olunub. 
 
Bu barədə "Şalke"nin mətbuat xidməti məlumat yayıb.
 
Nubel, Frankfurt təmsilçisi ilə görüşdə ayağıyla rəqibinin sinəsinə zərbə endirmişdi. 23 yaşlı qapıçı 4 oyundan əlavə, 12 min avro da cərimə olunub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest