21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Ukrayna ilə oyununun hakimləri bəlli olub. Matç.az saytı xəbər verir ki, bu gün Bakıda baş tutacaq qarşılaşmanı yerli hakimlər briqadası idarə edəcək.

"Dalğa Arena"dakı yoldaşlıq oyununun baş hakimi Rəvan Həmzəzadə olacaq. Ona Müslüm Əliyev və Pərvin Talıbov kömək edəcək. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək.

Qeyd edək ki, Azərbaycan – Ukrayna matçı saat 20:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest