Elmar Baxşiyev cari mövsümün sonuna qədər "Qəbələ"nin baş məşqçisi təyin olunub. Matc.az xəbər verir ki, bu barədə klub prezidenti Fariz Nəcəfov bildirib.

Onun sözlərinə görə, 38 yaşlı mütəxəssis artıq bu vəzifəni müvəqqəti icra etmir və baş məşqçi kimi təsdiqlənib.

Nəcəfov "Qəbələ"nin heç kimə borcu olmadığını bildirib: "Akademiyamızın yetirmələrini ölkə xaricinə çıxarmaq istəyirik. Ancaq məqsəd yalnız pul qazanmaq deyil. Sponsorlardan gələn vəsait artsa, qış fasiləsində güclənə bilərik. Bəzi futbolçularımıza təkliflər var. Məşqçilərlə məsləhətləşib, qərar verəcəyik. Müqavilələrinin müddəti başa çatan Davit Volkov və İvitsa Yuniç ilə danışıq gedir. Məndə olan məlumata görə, Volkovun ilk seçimi "Qəbələ" olacaq. Klubun hazırda heç kimə borcu yoxdu. Akademiyamızın binasının satışa çıxarılması ilə bağlı xəbər doğru deyil. "Qəbələ" futbol yox, idman klubudu. Tokio-2020 Yay Olimpiya Oyunlarından medal gətirəcək idmançılar var".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest