"Zalsburq"un hücumçusu Erlinq Haland daha bir klubdan təklif alıb. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, indi də "Milan" gənc forvardın xidmətində maraqlıdı.

İtalyanlar 19 yaşlı oyunçu üçün qarşı tərəflə danışıqlara da başlayıb. "Rossonyerlər" Norveç millisinin üzvünə 5 illik müqavilə və illik 5,5 milyon avro maaş təklif edib. A seriyası təmsilçisi bu keçidi yanvarda reallaşdırmaq niyyətindədi. "Milan" Haland üçün klubuna 30 milyon milyon avro təklif edib. Forvard özü də bu keçidə qarşı deyil. O, daim əsas heyətdə çıxış edəcəyi komandada oynamaq fikrindədi.

Qeyd edək ki, Erlinq Haland həmçinin "Mançester Yunayted", "çelsi", "Borussiya" (Dortmund), "Leypsiq", "Nitsa" və "Yuventus"un diqqət mərkəzindədi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest