"Səbail"in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində "Zirə"yə qarşı keçirdikləri cavab oyununu (0:1, ilk oyun 0:0) şərh edib. Matc.az xəbər verir ki, o, oyundan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:
 
"Oyun barədə yalnız onu deyə bilərəm ki, rəqib bizdən üstün idi. Hər iki oyunda çalışdıq ki, qalib gələk. Epizodlarımız da oldu, onları qola çevirə bilsəydik, qalib gələ bilərdik. Futbolçularıma təşəkkür edirəm. 90 dəqiqə deyil, 120 dəqiqə çox yaxşı mübarizə apardılar. Rəqibi təbrik edirəm. 
 
Oyundan əvvəl rəhbərliklə komanda arasında heç bir görüş olmayıb. Mükafat haqqında isə danışmaq istəmirəm. Ondan daha vacib məsələlər, problemlər var. Bunlar haqqında çox danışmışıq. Yevgeni Koçuk və Aleksandr Rıbkanın gedəcəyi ilə bağlı xəbərlərə gəlincə, rəsmi bir şey yoxdu. özləri də getmək istəmələri ilə bağlı nəsə deməyiblər. 
 
Oyunun sonlarında tora daxil olan, amma sayılmayan top məncə, təmiz qol idi. Qapıçıya da heç kim mane olmurdu. Bu qol Avropada sayılır, amma bizdə sayılmırsa, demək problemlərimiz var".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest