"Zirə"nin baş məşqçisi Zaur Həşimov Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində "Səbail"ə qarşı keçirdikləri cavab oyununu (1:0, ilk oyun 0:0) şərh edib. Matc.az xəbər verir ki, o, oyundan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:
 
"çox stressli oyun oldu. Hər iki oyun çətin alındı. Futbolçularda psixoloji gərginlik vardı, məndə də həmçinin. Əsas odu ki, nəticə yaxşı oldu. Birinci oyuna da ehtiyatlı başlamışdıq. Rəqibin qolu bizi çətinə sala bilərdi. Əsas odu ki, mərhələni keçə bildik, amma istəyirdik ki, məsələni 90 dəqiqə ərzində həll edək. İlk oyunda penalti vardı, hətta qırmızı vərəqə də vermək olardı. Bu günkü epizodda isə belə hallar olub ki, qol sayılmayıb. Komandadan gedənlər olacaq, danışıqlar gedir. Minimum 3 nəfər gedəcək. Rəhbərliklə danışıq olacaq. Oyun penaltilərə qədər uzansaydı, təyyarəyə gecikən olacaqdımı? Adrian Skarlatake gecikə bilərdi. Xulio Sezar Rodriqesi meydana buraxanda, oyuna təsir edəcəyinə əmin idim, amma qol vuracağını hiss etmirdim".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest