"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola qış fasiləsində heyətin gücləndirilməsini istəyir. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, ispaniyalı mütəxəssis rəhbərlikdən ən azı 2 transfer tələb edib.

Qvardiola, xüsusən də, müdafiə xəttində problem yaşadıqlarını düşünür. Bu üzdən mərkəz müdafiəçisi və sol cinah müdafiəçisi alınmasını istəyir. Həmçinin Leroy Sane gedəcəyi təqdirdə, onun boşluğunun da doldurulmasınən vacibliyini vurğulayıb.

Əgər rəhbərlik çalışdırıcının tələblərini qarşılasa, Qvardiola yeni müqaviləyə razılıq verəcək. Onun hazırkı sözləşmə müddəti 2021-ci ilin yayına qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest