"Gürcüstan futbolu məhəllə komandaları səviyyəsindədi. Oyunçular Avropa klublarında imic yaratmaq və qazanc əldə etmək üçün çalışırlar. Siyasi vəziyyət uzun müddət Ukrayna ilə Rusiya çempionatını birləşdirməyə imkan verməz".

Keçmiş SSRİ yığmasının qapıçısı Anzor Kavazaşvili MDB-də vahid futbol çempionatının yaradılması təklifini dəyərləndirib. Matc.az saytı xəbər verir ki, 79 yaşlı mütəxəssis bu birləşmənin xeyir verəcəyinə əmin deyil.

Əslən Gürcüstandan olan Rusiya vətəndaşı öz vətəninin komandalarının buna hazır olmadığını düşünür: "Gürcüstan futbolu məhəllə komandaları səviyyəsindədi. Oyunçular Avropa klublarında imic yaratmaq və qazanc əldə etmək üçün çalışırlar. Siyasi vəziyyət uzun müddət Ukrayna ilə Rusiya çempionatını birləşdirməyə imkan verməz. Bu baş verərsə, birləşmə arzu edilər. Gözlənilən bu nəticəni Belarus, Azərbaycan və Qazaxıstan komandaları verə bilərmi? Bu suala cavab verməyə hazır deyiləm".

Qeyd edək ki, bu təkliflə rusiyalı məşqçi Valeri Qazzayev çıxış edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest