"Milan"ın qış fasiləsində yollarını ayıracağı ilk futbolçu müəyyənləşib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, hücumçu Fabio Borini "rossonyerlər"i tərk edəcək.

Bu barədə forvardın meneceri Roberto de Fanti məlumat verib. O bildirib ki, 28 yaşlı oyunçu yanvarda azad agent statusu daşıyacaq. Tərəflər müqavilənin pozulmasına razılaşıblar. Menecer İtaliya və İngiltərə klublarından təklif gözlədiklərini söyləyib.

Qeyd edək ki, Fabio Borini "Milan"a 2017-ci ildə "Sanderlend"dən keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest