"Səbail"in yarımmüdafiəçisi Yevgeni Koçuk Moldova milli komandasına dəvət alıb. Matc.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.
 
Moldova yığması yanvarın 5-dən 11-dək Qətərdə təlim-məşq toplanışında olacaq. Hazırlıq prosesi çərçivəsində bu komanda İsveç millisi ilə yoxlama oyununda da qüvvəsini sınayacaq. Bu qarşılaşma yanvarın 9-da baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest