"Bilirdik ki, bizi çox çətin oyun gözləyir. Çalışırdıq ki, ilk oyundakı neqativ nəticəni aradan qaldıraq. Bunu oyunun əvvəlindən göstərmək istəyirdik. Matçın çox hissəsi istədiyimiz kimi alındı"

"Neftçi"nin baş məşqçisi Roberto Bordin Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində "Sumqayıt"a qarşı keçirdikləri cavab oyununu (0:0, ilk oyun 0:1) şərh edib. Matc.az xəbər verir ki, italiyalı mütəxəssis matçdan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:
 
"Bilirdik ki, bizi çox çətin oyun gözləyir. çalışırdıq ki, ilk oyundakı neqativ nəticəni aradan qaldıraq. Bunu oyunun əvvəlindən göstərmək istəyirdik. Matçın çox hissəsi istədiyimiz kimi alındı. Cinahlardan hücumlara üstünlük verməyə çalışırdıq. Yalnız sonluq çatışmırdı, bir az bəxtsizlik var idi. İki oyuna da baxsaq, rəqib çox hücum etmirdi. üzgünük".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest