"Qarabağ"ın ispaniyalı yarımmüdafiəçisi Xayme Romero Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində "Keşlə" üzərinə qazanılan 3:1 hesablı qələbədən sonra jurnalistlərin suallarını cavablandırıb.

- Mənə elə gəlir ki, iki matçın ümumi nəticəsi yaxşı oldu. Bu qarşılaşmada da yaxşı çıxış etdik. İli yüksək əhval-ruhiyyə ilə yola saldıq. Hər şeyi unudub, fikrimizi istirahətə yönəltmək istəyirik ki, sonra eyni xətt üzrə davam edək.

- Kubokda növbəti rəqib "Sumqayıt" olacaq. Hansı ki, bu gün "Neftçi"ni mübarizədən kənarlaşdırdı.

- Artıq bütün rəqiblərin gücünə bələdik. Rəqibin kimliyindən asılı olmayaraq hər oyun çətindi. Eyni zamanda, onlar da bizim oyun tərzimizə bələddirlər. Amma çalışacağıq ki, həmin matçda da bu gün olduğu kimi parlaq oyun nümayiş etdirib, qalib gələk.

- 6 aydan çoxdu "Qarabağ"ın heyətindəsiniz. Geridə qalan müddətdə oyununuza baxan zaman komandaya istədiyinizi verə bilmisiniz?

- Burada olduğum ilk gündən hər kəs mənə çox yaxşı münasibət bəsləyib. Həm şəhər, həm də klub cəhətdən burada olduğum üçün çox şadam. Bir müddət elə oldu ki, zədələndim, komandama kömək edə bilmədim. Amma ümumi götürdükdə hər şeydən razıyam və ümid edirəm ki, qarşıda daha da yaxşı çıxış edəcəyəm.

- Bu gün Qurban Qurvanovun oğlu əsas heyətdə debüt etdi. Necə fikirləşirsiniz, qarşıda Musa ilə yaxşı tandem təşkil edə bilərsiniz?

- O, hələ çox gəncdi. Onu məşqlərdə də görürəm. Fikrimcə, doğru yoldadı və düzgün şəkildə inkişaf edir. Yaxşı futbolçudu, gələcəkdə də yaxşı oyunçu olacağına inanıram. Belə davam edərsə,  daha yüksəklərə qalxa bilər.

- öz qardaşınız barədə nə deyə bilərsiniz? Onu "Qarabağ"ın əsas heyətində görə bilərik?

- Qardaşımla eyni komandada oynamaq mənim arzumdu. O da  gəncdi. Hələ ki, böyük sevgi ilə futbola köklənib. Daha çox məşq edir. Sonda bununla bağlı qərar verən şəxs isə baş məşqçimizdi. Hər şey onun fikrindən asılıdı. Yenə deyirəm, qardaşımla bir komandada oynamaq mənim üçün böyük xəyaldı.

- özünüz komandaya gələn kimi əsas heyət oyunçusu oldunuz. ümumiyyətlə, qardaşınızda əsas heyətə düşəcək potensialı görürsünüzmü?

- Qardaşım olsa da, onunla bağlı fikirlərimi bildirəndə obyektiv olmağa çalışıram. Futbol bir çox faktorlardan asılıdı. Bəxt amili də var. Onu deyə bilərəm ki, o, üzərində çox çalışır, zəhmətkeş və əzmkardı. Söylədiyim kimi, bu məsələdə qərarları ancaq  baş məşqçi verir.

- ötən mövsüm bu vaxt  "Neftçi" qış fasiləsinə kifayət qədər üstün yollanmışdı. Sonda isə "Qarabağ" vəziyyəti dəyişib, çempion oldu. İndi isə əksinə, "Qarabağ" liderdi. Keçən il komandanızın təkrarladığı uğuru bu il "Neftçi" edə bilərmi?

- ümumiyyətlə, çempionatda az da olsa,  boşluq versən, istənilən komanda səni cəzalandıracaq. Biz böyük komandayıq. öz işimizə köklənsək, onların etdiyi səhvi təkrarlamarıq. "Neftçi"dən də çox şey asılıdı. ümid edirəm ki, eyni hadisə bizim başımıza gəlməz.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest