"Neftçi" Azərbaycan kubokunda antirekorda imza atıb. Matc.az xəbər verir ki, bakılılar 2019/20 mövsümünü qol vurmadan tərk edib. Yarışa 1/4 finaldan başlayan "ağ-qaralar" evdə 0:1 hesabı ilə uduzduğu "Sumqayıt"a səfərdə də qol vura bilməyib – 0:0.

Bu, 1992-ci ildən keçirilən yarışın daimi iştirakçısının tarixində ilk belə hadisədi. İndiyədək antirekord ötən mövsümün nəticəsi idi. Kamran Quliyevin paytaxt klubuna prezident təyin edilməsindən sonra bakılılar indiki kimi 2 oyun keçirsələr də, cəmi 1 qol vurmuşdular. Onda da 1/4 finaldan yarışa başlayan "Neftçi"nin rəqibi "Sumqayıt" idi – 0:2, 1:0.

Qeyd edək ki, paytaxt təmsilçisinin kubokdakı rekordu 27 qol vurduğu 1994/95 mövsümüdü. Həmin vaxt komanda 9 oyun keçirib.

 

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest