İtaliyanın "Fiorentina" klubu baş məşqçisi Vinçentso Montella ilə yollarını ayırıb. Matc.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. 
 
Klub rəhbərliyi bu qərarı A Seriyasının 17-ci turunda "Roma"ya 1:4 hesabı ilə məğlub olduqdan sonra verib.
 
Klubdan verilən açıqlamada, komandanın nəticələrinin təhlil olunduğu və müsbət təkan vermək üçün bu dəyişikliyin gerçəkləşdirildiyini, yaxın günlərdə yeni baş məşqçinin adının açıqlanacağı bildirilib.
 
Bu mövsüm A Seriyasında keçirdiyi 17 turdan sonra 17 xal toplayan "Fiorentina", turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest