Nazarov da bu matçın iştirakçısı olub. Start heyətdə meydana çıxan millimizin futbolçusu sonadək mübarizə aparıb. Komandasının ikinci qolunu da Dmitri vurub. 64-cü dəqiqədə penaltidən fərqlənən futbolçu cari mövsümdə vurduğu qolların sayını 7-yə çatdırıb.

Futbol üzrə Almaniya 2-ci Bundesliqasında 18-ci turun oyunları keçirilib. Matc.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu "Ersgebirge" klubu da növbəti matçına çıxıb.
 
Aue təmsilçisi doğma meydanda "Qroyter"lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 3:1.
 
Nazarov da bu matçın iştirakçısı olub. Start heyətdə meydana çıxan millimizin futbolçusu sonadək mübarizə aparıb. Komandasının ikinci qolunu da Dmitri vurub. 64-cü dəqiqədə penaltidən fərqlənən futbolçu cari mövsümdə vurduğu qolların sayını 7-yə çatdırıb.
 
18 turdan sonra 29 xala malik "Ersgebirge" 18 kollektiv arasında 4-cü pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest