"Zirə" heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, paytaxt təmsilçisi bu gün "Qəbələ" ilə vidalaşn Davit Volkovla müqavilə bağlayıb. 
 
24 yaşlı gürcüstanlı hücumçu ilə müqavilənin müddəti 1 il yarımdı.
 
"Qəbələ"dən əvvəlki klubu "Saburtalo" olan Volkov 2017-2018-ci illərdə bu komandanın formasını geyinib. Hücumçu bunadək Gürcüstanda "Qaqra" (2012-2013), Tbilisi "Dinamo"su (2013-2016), həmçinin icarə əsasında "Dinamo-2" (2013-2015), "çixura" (2016) və "Sioni" (2016) komandalarında çıxış edib. O, 2017-ci ildə Serbiyanın "Zemun" klubunda legioner həyatı yaşayıb.
 
Xatırladaq ki, "Zirə" Volkovdan öncə bu gün "Səbail"dən ayrılan Azərbaycan millisinin hücumçusu Ağabala Ramazanovu da transfer etmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest