Futbol üzrə İspaniya 2-ci liqasında 21-ci turun oyunları keçirilib. Matc.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Eddi İsrafilovun formasını geyindiyi "Albasete" də növbəti matçına çıxıb.
 
Sözügedən klub doğma meydanda "Elçe" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1.
 
İsrafilov bu oyunun iştirakçısı olmayıb. O, cəzalı olduğu üçün bu matçı buraxmaq məcburiyyətində qalıb.
 
"Albasete" hazırda 27 xalla 22 iştirakçı arasında 12-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest