Futbol üzrə Almaniya Bundesliqasında 17-ci turun oyunları keçirilir. Matc.az xəbər verir ki, şənbə günü altı görüş baş tutub.

"Köln" "Verder"i məğlub yola salıb. "Şalke" – "Frayburq" matçında qalib müəyyənləşməyib. "Maynts" evdə "Bayer"ə minimal hesabla uduzub.

Lider "Leyptsiq" bu turda "Auqsburq"u sınağa çəkib və inamlı qələbəyə sevinib. "Bavariya" isə "Volfsburq"la üz-üzə gəlib və 2 cavabsız qolla qalib gəlib. Səfərdə "Herta"nın qonağı olan Münhenqladbax "Borussiya"sı isə turu xal itkisi ilə başa vurub.

Almaniya Bundesliqası
17-ci tur

20 dekabr

Hoffenhaym – Borussiya (Dortmund) 2:1
Qol: Adamyan, 79. Kramariç, 87 – Qötze, 17.

21 dekabr

Bavariya – Volfsburq 2:0
Qol: Zirkze, 85. Qnabri, 89.

Köln – Verder 1:0
Qol: Kordoba, 39.

Maynts – Bayer 0:1
Qol: Alario, 90+3.

Leyptsiq – Auqsburq 3:1
Qol: Laymer, 68. Şik, 80. Poulsen, 89 – Nyederlexne, 8.

Şalke – Frayburq 2:2
Qol: S.Serdar, 26. A.Kutucu, 80 – Petersen, 54-pen. Qrifo, 67-pen.

Herta – Borussiya (Münhenqladbax) 0:0

22 dekabr

18:30 Fortuna – Yunion
21:00 Paderborn – Ayntraxt

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest