Almaniya çempionu "Bavariya"nın futbolçusu Robert Levandovski əməliyyat olunub. Matc.az xəbər verir ki, bu barədə Münhen təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
Polşa yığmasının üzvü Bundesliqanın 17-ci turunun "Volfsburq"la matçından (2:0) sonra cərrah bıçağı altına uzanıb. Buna onun qasıq nahiyəsindəki problemlərdən əziyyət çəkməsi səbəb olub.
 
Levandovskinin 1 ay yaşıl meydanlardan uzaq qalacağı bildirilir. Onun qış fasiləsindən sonrakı oyunlara qədər sıraya dönməsi ehtimal olunur.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest