"Səbail" ötən gün müdafiəçisi Elvin Yunuszadə ilə yollarını ayırdığını bəyan etdi. Matc.az xəbər verir ki, paytaxt təmsilçisi futbolçu ilə qarşılıqlı razılıq əsasında vidalaşdığını açıqlamışdı: "Səbail" PFK Elvin Yunuszadənin klub ilə müqaviləsinin vaxtından əvvəl xitam verilməsinə dair qarşılıqlı razılıq əldə edib. Futbolçuya azad agent statusu verilib".

Əslində isə 27 yaşlı futbolçu "Səbail"dən qovulub. Buna onun XII tur çərçivəsində baş tutan "Sabah"la ev oyunundakı intizamsız davranışı səbəb olub.

Belə ki, "Səbail"in 1:0 hesabıyla öndə olduğu həmin görüşün 86-cı dəqiqəsində Adil Nağıyev qırmızı vərəqə ilə meydandan qovulub. Həmin vaxt baş məşqçi Aftandil Hacıyev digər mərkəz müdafiəçisi Elvin Yunuszadəni meydana buraxmaq istəyib. Amma o, bir neçə dəqiqəlik oynamağa razılaşmayaraq, meydana çıxmağa naz edib. Bu da baş məşqçinin ondan imtina etməsi üçün yetərli olub. Oyundan sonra Hacıyev futbolçuya "get, bir də bura gəlmə" deyərək, qapını göstərib. 

Əvəzində 90+1-ci dəqiqədə Ruslan Hacıyev meydana buraxılıb. Son dəqiqələrdə 3 qol buraxan "Səbail" isə meydanı 1:3 hesablı məğlubiyyətlə tərk edib.

 

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest