"Football Manager 2019" oyununda ən yaxşı gənc futbolçuların adları açıqlanıb. Matç.az saytının məlumatına görə, siyahıda hər mövqe üzrə futbolçular yer alıb.

Bu ayın əvvəlində futbolsevərlərin ixtiyarına buraxılan oyunda heyətin qurulması baxımından bəzi məsləhətlər verilib. Oyunu hazırlayanlar transfer büdcəsinin məhdudluğu səbəbindən gənc futbolçuların alınmasını təklif edib. Onların əksəri böyük klubların əvəzedici heyətlərində yer alır.

Ancaq aralarında Canluici Donnarumma, Teo Ernandes, Trent Aleksander-Arnold, Mattiys de Layt, Vinisyus Junior, Sanço, Emil Smit-Rue, Federiko Kyeza, Cengiz ündər, Kristian Pulişiç, Custin Klyuvert, Kilian Mbappe və Patrik Kutrone kimi artıq ulduza çevrilən gənclər də var.

Maraqlıdı ki, "Football Manager 2019"in yaradıcılarının hücum xətti üçün məsləhət gördüyü 30 oyunçudan biri də Azərbaycan millisinin üzvü Renat Dadaşovdu. Portuqaliyanın "Eştoril" klubunun 19 yaşlı forvardı ən yaxşı futbolçulardan biri hesab edilir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest