PSJ-nin hücumçusu Edinson Kavani karyerasını İspaniyada davam etdirəcək. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, ulduz futbolçu "Atletiko" ilə anlaşıb.

32 yaşlı forvard Madrid təmsilçisi ilə 3 illik müqavilənin şərtlərini razılaşdırıb. PSJ ilə müqavilə müddəti mövsümün sonuna qədər olduğundan, ən pis halda gələn yay İspaniya təmsilçisinə qoşulacağı dəqiqdi. Ancaq fransızlar Uruqvay millisinin üzvünü yanvarda ucuz qiymətə "Atletiko"ya satmağa razıdı. Bu üzdən onun yanvarda "Atletiko"ya keçməsi gözlənilir.

Qeyd edək ki, Edinson Kavani bu mövsüm Liqa1-də 8 oyun keçirib, 2 qola imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest