"Neftçi" rəhbərliyinin "qara siyahı"sı bəllidi. Matc.az xəbər verir ki, baş məşqçi Roberto Bordin qış fasiləsi üçün planlarını klub rəhbərliyinə təqdim edib. İtaliyalı mütəxəssisin sərəncamında görmək istəmədiyi futbolçuların adları məlumdu.

Bordin bir yerli və üç əcnəbidən imtina etməkdə israrlıdı. Bunlar Rauf Əliyev, Mamadu Mbodj, Vangelis Platellas və Dario Federikodu.

Dario bu mövsüm 13 oyuna çıxıb. Bütövlükdə 741 dəqiqə meydanda olan braziliyalı futbolçu cəmi 1 qolla yadda qalıb.

Platellas 10 oyunda meydana çıxıb, 377 dəqiqə ərzində 1 qol vurub. 5 oyuna çıxan Mbodj isə cəmi 48 dəqiqə oynamaq şansı qazanıb.

Raufa gəlincə, 9 oyunda şans qazanan futbolçu 442 dəqiqəyə cəmi 1 qol vurmağı bacarıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest