Futbol üzrə Türkiyə 1-ci liqasında 16-cı turun oyunları keçirilib. Matc.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq üzvü Ufuk Budakın formasını geyindiyi "Altınordu" da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə "Girəsunspor"la qarşılaşıb. Ufukun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.
 
Ufuk da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Millimizin sabiq üzvü 77-ci dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.
 
"Altınordu" hazırda 15 xalla 18 iştirakçı arasında 14-cü pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest