Almaniyanın "Fortuna" klubu baş məşqçisi Fridhelm Funkellə müqavilənin müddətini uzadıb. Matc.az xəbər verir ki, bu barədə Bundesliqa klubunun rəsmi saytı məlumat yayıb.
 
66 yaşlı mütəxəssisin klubla yeni müqaviləsinin müddəti 2021-ci ilin 30 iyununa qədərdi. Əvvəlki müqavilənin müddəti 2020-ci ilin yayında bitəcəkdi.
 
Funkel Düsseldorf klubunu 2016-cı ildən etibarən çalışdırır. Bundan iki il sonra o, bu komandanı əsas Bundesliqaya çıxarıb. Hazırda isə "Fortuna" 17 turdan sonra 18 kollektiv arasında 16-cı pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest