Fransanın "Nant" klubu baş məşqçisi Kristian Qurkuffun müqaviləsinin müddətini artırıb. Matc.az xəbər verir ki, 64 yaşlı mütəxəssislə müddəti 2021-ci ilə qədər olan sözləşmə imzalanıb. 
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 2019-cu ilin avqustundan "Nant"ı çalışdıran Qurkuffun əvvəlki müqaviləsi mövsümün sonuna qədər idi.
 
"Nant" hazırda Liqa 1-də 19 turdan sonra 29 xalla 5-ci sıradadı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest