Rusiyada 2019-cu ilin ən yaxşı futbolçusu məlum olub. Matc.az xəbər verir ki, Rusiya Futbol Birliyi və "Sport-Ekspress" qəzetinin sorğusuna görə, "Zenit"in hücumçusu Artyom Dzyuba ilin ən yaxşı futbolçusu seçilib. 
 
Bu barədə Rusiya Futbol Birliyinin rəsmi saytı məlumat yayıb.
 
Ardıcıl ikinci dəfə ilin futbolçusu seçilən 31 yaşlı hücumçu, Rusiya tarixində bunu bacaran ilk oyunçu olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest