Türkiyə millisinin futbolçusu Yusuf Yazıcı əməliyyat olunacaq. Matc.az saytının yerli mətbuata istinadən məlumatına görə, yarımmüdafiəçi bunun üçün Romaya gedəcək.

Fransa Liqa1-də ötən həftəsonu "Monako" ilə keçirilən qarşılaşmada zədələnən "Lill"in üzvünün çarpaz bağları qopub. Dekabrın 27-də İtaliyanın paytaxtına yollanacaq Yazıcı müayinənin ardından əməliyyat olunacaq. Futbolçu əməliyyatdan sonra da 4 ay Romada qalıb reabilitasiya dövrü keçəcək.

Həkimlər çarpaz bağlarında qopmanın qismən olduğunu, bu üzdən futbolçunun 4-5 aya yaşıl meydanlara dönə biləcəyini söyləyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest