Türkiyənin "Qalatasaray" klubu heyətini yeni futbolçuyla gücləndirməyə hazırlaşır. Matc.az xəbər verir ki, "sarı-qırmızı"lar Almaniyanın "Leyptsiq" klubunda çıxış edən Marselo Saraççini transfer etməyə yaxındı.
 
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Xəbərdə, "Qalatasaray"ın 22 yaşlı müdafiəçinin icarəsi üçün "Leyptsiq"lə razılaşdığı bildirilir.
 
"Qalatasaray" Saraççi üçün "Leyptsiq"ə heç bir məbləğ ödəməyəcək. Super Liqa təmsilçisi uruqvaylı müdafiəçinin yalnız illik məvacibini verəcək.
 
2018-ci ilin iyulunda "Leyptsiq"ə keçən Saraççi bu mövsüm Bundesliqada 4 oyuna çıxıb. Müdafiəçi Uruqvay milli komandasının da üzvüdü.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest