İngiltərənin "Mançester Yunayted" klubunun əfsanəvi futbolçusu Erik Kantona sabiq komandasının cari mövsümdəki çıxışını dəyərləndirib. Matc.az xəbər verir ki, fransalı keçmiş futbolçu xarici mətbuata açıqlamasında bunları söyləyib:
 
"Mançester Yunayted"in oyunu yaşlı adamın sekslə məşğul olmasına bənzəyir. Əlindən gələni edirsən, ancaq günün sonunda hər iki tərəf məyus olur".
 
Qeyd edək ki, "qırmızı şeytanlar" Premyer Liqada 18 turdan sonra 25 xalla 8-ci pillədə qərarlaşıb.
 
Hazırda 53 yaşı olan Erik Kantona 1992-1997-ci illər aralığında formasını geyindiyi MY ilə 4 dəfə İngiltərə Premyer Liqasının qalibi olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest