Azərbaycanlı futbolçu Kamal Mirzəyev Küveytin "Əl-Salmiyə" klubunda növbəti oyununu keçirib. Sözügedən komanda "Prince Cup"ın 1/8 final mərhələsi çərçivəsində səfərdə "Əl-Fahahel" ilə qarşılaşıb. Oyunda hesabı meydan sahibləri açıblar.

Azərbaycanlı futbolçu Kamal Mirzəyev Küveytin "Əl-Salmiyə" klubunda növbəti oyununu keçirib. Matc.az xəbər verir ki, sözügedən komanda "Prince Cup"ın 1/8 final mərhələsi çərçivəsində səfərdə "Əl-Fahahel" ilə qarşılaşıb.
 
Oyunda hesabı meydan sahibləri açıblar. Amma "Əl-Salmiyə" məhz Kamalın vurduğu qol sayəsində hesabı bərabərləşdirməyə nail olub. İkinci hissədə meydana buraxılan azərbaycanlı futbolçu 75-ci dəqiqədə korner zamanı dəqiq baş zərbəsiylə rəqib qapısına yol tapıb.
 
Matçın əsas vaxtı heç-heçə bitib - 1:1. Əlavə vaxtda isə hesab dəyişməyib. Penaltilər seriyasında isə "Əl-Salmiyə" məğlub olub və mübarizəni dayandırıb – 4:5. 
 
Qeyd edək ki, Kamal bu yay "Qəbələ"dən "Əl-Salmiyə"yə keçib. Bu, 25 yaşlı yarımmüdafiəçinin Küveytdə ikinci qoludu.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest