"Fənərbaxça"nın yeni baş məşqçisinin adına aydınlıq gəlib. Matç.az saytı xəbər verir ki, bu barədə klubun idman direktoru Komolli məlumat verib.

O bildirib ki, Koku istefaya göndərildikdən sonra komandanı müvəqqəti olaraq çalışdıran Ervin Kuman baş məşqçi kimi təsdiq olunacaq. Klub rəsmisi hollandiyalı mütəxəssislə görüşdüklərini və onun ilkin razılığını aldıqlarını söyləyib.

Qeyd edək ki, "Fənərbaxça" 12 turdan sonra Superliqada 13 xalla 13-cü pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest