"Yuventus"un hücumçusu Kriştianu Ronaldo evlənməyə hazırlaşır. Matç.az saytının "Mirror" nəşrinə istinadən məlumatına görə, portuqaliyalı superulduz sevgilisi Corcina Rodrigeslə ailə həyatı quracaq.

Londonda istirahətdə olan cütlüyün şam yeməyi zamanı Ronaldo sevgilisinə evlənmə təklifi edib və "hə" cavabını alıb. Onlar nişan üzüklərini də taxıblar. Corcinanın artıq gəlinlik seçiminə başladığı bildirilir. Lakin toy mərasiminin tarixi və yeri hələ dəqiqləşdirilməyib.

Qeyd edək ki, Corcina Rodriges Ronaldonun 4-cü övladının anasıdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest