İtaliyanın "Fiorentina" klubu futbolçusu Jilberto Junioru "Fluminense"yə satıb. Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 
 
"Fluminense" 26 yaşlı müdafiəçi ilə müddəti 2022-ci ilin yayına qədər olan müqavilə imzalayıb.
 
Braziliya təmsilçisi 2018-ci ilin yanvarında Jilbertonu icarəyə götürmüşdü. Müdafiəçi "Fluminense"də keçirdiyi 85 oyunda 8 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest