Türkiyə Super Liqasında mövsümün ilk dövrəsinin sonuncu – 17-ci turuna start verilib. Matc.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.

Açılış matçında "Beşiktaş" "Gənclərbirliyi"ni qəbul edib. Bu oyunda hesabı qonaqlar açıblar. Amma ilk yarıda 2 futbolçusu meydandan qovulan "Gənclərbirliyi" fasilədən sonra üstünlüyünü əldən verib. Dörd qol vuran "Beşiktaş" əzmkar qələbəyə sevinib.

Türkiyə Super Liqası
17-ci tur

27 dekabr

Beşiktaş – Gənclərbirliyi 4:1
Qol: D.Vida, 49. Nkudu, 60. O.özyakup, 74. Hatçinson, 90+1 – Ayite, 24.

28 dekabr

16:00 Ankaragücü – Dənizlispor
18:30 Başakşəhər – Kasımpaşa
18:30 Trabzonspor – Kayserispor
21:00 Qalatasaray – Antalyaspor

29 dekabr

15:00 Sivasspor – Göztəpə
17:30 Alanyaspor – Konyaspor
17:30 Qaziantep – Yeni Malatyaspor
20:00 Rizəspor – Fənərbaxça

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest