Qadınlardan ibarət Azərbaycan millisinin futbolçusu Sevinc Cəfərzadə klubunu dəyişib. Matc.az saytı xəbər verir ki, 25 yaşlı hücumçu Rusiya klubu "Yenisey"ə keçib.

Yığmamızın üzvü yeni komandasına Krasnodar "Kubanoçka"sından keçib. 2017-ci ildə "Donçanka"ya keçən Cəfərzadə ötən ilin əvvəlində "Kubanoçka"nın yolunu tutub. O, bu komandada keçirdiyi 12 oyunda 2 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.

"Yenisey"ə azad agent kimi keçən Sevinc Cəfərzadə yeni klubu ilə 1 illik müqavilə imzalayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest