İngiltərənin "Tottenhem" klubu son 10 ildə keçirdiyi ən yaxşı oyunlarının siyahısını açıqlayıb. Matc.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bu oyunlar içərisində London təmsilçisinin "Qarabağ"a qarşı keçirdiyi matç da yer alıb. 
 
2015/16 mövsümündə Avropa Liqasının qrup mərhələsinin ilk turu çərçivəsində Londonda keçirilən görüş "Tottenhem"in 3:1 hesablı qələbəsi ilə başa çatmışdı. İngilislər bu oyunu Son Hın Minin komandanın heyətində keçirdiyi ilk ev oyununda dublla yadda qalması səbəbiylə fərqləndiriblər.
 
"Tottenhem"lə Bakıda keçirilən oyunda isə "Qarabağ" 0:1 hesabı ilə məğlub olmuşdu.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest