Növbəti il məzuniyyətdə bura gələcəm. Möhtəşəm şəhərdi, insanları gözəldi. Sovet İttifaqında doğulduğumuz üçün buralar bizə yad deyil. Çox gözəl gün oldu

"Əvvəlcə, Vəlini təbrik etmək istəyirəm. Bir müddət qarşılıqlı çıxış etmişik. Mən "Dinamo"da, o isə "Neftçi"də oynayırdı. Oyuna gəlincə isə, məncə, gözəl qarşılaşma alındı. İzləməyə gələn azarkeşlərin məmnun qalacaqlarını düşünürəm. Böyük bayram idi, köhnə dostlar yığışmışdıq. Hər kəsin əhval-ruhiyyəsi əladı". Matç.az saytının məlumatına görə, bu sözləri rusiyalı futbol mütəxəssisi İqor Kolıvanov deyib.

Vəli Qasımovun 50 illik yubiley mərasimində çıxış edən Moskva "Torpedo"sunun baş məşqçisi dostluq matçından sonra qısa açıqlama verib.

- "Dinamo"da Qasımovla birlikdə oynamamısınız?

- Xeyr. Mən 1991-ci ildə İtaliyaya getdim, o isə 1992-ci ildə komandaya gəldi və tez də ayrıldı. İspaniyaya transfer oldu. Möhtəşəm futbolçu və ən əsası, qeyri-adi insandı.

- Bakı xoşunuza gəldi?

- Bakı inanılmaz gözəl şəhərdi. Növbəti il məzuniyyətdə bura gələcəm. Möhtəşəm şəhərdi, insanları gözəldi. Sovet İttifaqında doğulduğumuz üçün buralar bizə yad deyil. çox gözəl gün oldu. Keçmişdə qarşı-qarşıya oynadığımız insanlarla köhnə günlərdən danışdıq. 8 il əvvəl burda Avropa çempionatı çərçivəsində sizin komandanızla və İsraillə oynamışdıq. Azərbaycanda çoxlu dostlarım var.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest