Azərbaycan yığmasının da üzvü olan Azər Salahlı karyerası ərzində "Qarabağ" və "Sumqayıt"da da çıxış edib.

Qış fasiləsinə çıxan kimi heyətinə iki futbolçu qatan "Zirə" daha bir yerli oyunçu transfer edə bilər. Matc.az xəbər verir ki, paytaxt klubu bu dəfə Azər Salahlı ilə güclənməyə hazırlaşır.
 
25 yaşlı müdafiəçi hazırda "Keşlə"nin uğurları üçün çalışır. Amma Zaur Həşimov onu "Zirə"yə gətirməyi çox istəyir.
 
Azərbaycan yığmasının da üzvü olan Azər Salahlı karyerası ərzində "Qarabağ" və "Sumqayıt"da da çıxış edib.
 
Xatırladaq ki, "Zirə" daha öncə "Səbail"dən ayrılan Ağabala Ramazanovla "Qəbələ"ni tərk edən Davit Volkovu transfer edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest