Qapıçı axtarışında olan "Qarabağ" heyətini nigeriyalı qolkiperlə gücləndirə bilər. Matc.az xəbər verir ki, Fransis Uzoho ilə yaxından maraqlanır.
 
Azərbaycan çempionu artıq Nigeriya millisinin üzvünə təklif də göndərib. 21 yaşlı oyunçu ilə danışıqlar davam edir.
 
Uzoho İspaniyanın "Deportivo" klubunun yetirməsidi. La Korunya təmsilçisinin əsas heyətində də oynamış qolkiper hazırda Kiprin "Omoniya" klubunda icarədədi. O, daha öncə "Elçe" və "Anortosis"də də icarədə oynayıb.
 
"Qarabağ"ın heyətində görmək istədiyi futbolçu Nigeriya millisində də 14 oyuna çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest